Bütün xəbərlər
Əmək haqqı ödənilmədiyi üçün ofisə qaz püskürdüb və tüstü bombası atıb
Tarix: 22-11-2025 14:58 | Bölmə: Sosial

Sankt-Peterburqda əmək haqqı ödənilməyən biznes mərkəzinin işçisi qaz balonu püskürdüb və ofisə tüstü bombası atıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi Telegram kanalında məlumat verib.
Hadisə 21 noyabrda Yuri Qaqarin prospektində baş verib. Kişi binaya girib və qaz püskürtməyə başlayıb. Maaşı ödənilməyən işçi orada dayanmayıb. Ofisdə olarkən o, tüstü bombası atıb.
Hadisə yerinə gələn polis 28 yaşlı kişini saxlayıb. Elə həmin gün üç şirkət meneceri xəstəxanaya yerləşdirilib.
Məlumatda deyilir ki, "Həkimlər onlara gözyaşardıcı qazın zəhərli təsiri diaqnozu qoyublar".
Zərərçəkənlər polisə müraciət ediblər. Təxribatçıya qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 9


Bölməyə aid digər xəbərlər