21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
19:18 / 18-10-2026
Kiçik təyyarə qəzaya uğrayıb
19:15 / 18-10-2026
SHOT: Pop MMA döyüşçüsü İbrahim İsmayılov Vladikavkazda güllələnib
19:07 / 18-10-2026
Rayt: "Vaşinqton Rusiya neftinə qarşı heç bir sanksiyanı yumşaltmayıb"
19:03 / 18-10-2026
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
19:00 / 18-10-2026
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18:55 / 18-10-2026
Polşa öz ərazisindən Litvaya uçan pilotsuz təyyarə ilə bağlı xəbərlərə cavab verib
18:54 / 18-10-2026
"Zenit" və "Axmat" arasında keçirilən RPL matçından sonra idmançıların iştirakı ilə dava baş verib
18:47 / 18-10-2026
Beşmərtəbəli binada yanğın söndürülür
18:44 / 18-10-2026
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18:41 / 18-10-2026
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
18:36 / 18-10-2026
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
18:33 / 18-10-2026
İtaliyada iğtişaşlar zamanı polis təxminən 200 nəfəri saxlayıb
18:30 / 18-10-2026
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
XOCALI – BƏŞƏRİYYƏTƏ QARŞI BÖYÜK CİNAYƏTDİR
Tarix: 25-02-2022 16:33 | Bölmə: Cəmiyyət

Yara var, sağalır, izi də qalmır.
Yara da var ki, həmişəlik köz bağlamır, hey sızlayır.
Ürəklərimizin Xocalı yarası kimi...
Qisası alınmış olsa da belə, Xocalı unudulmur ki, unudulmur. Çünki bu faciəsi ilə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın tələbləri bütünlüklə pozulub. Bu müdhiş hadisə Ovsensim, Holokost həbs düşərgələrində, Burundi, Qvatemala, Ruanda, Şərqi Timor, Somali, Xorvatiya, Bosniya və Hersoqovinada törədilmiş kütləvi qətliamlarla bir sırada durur. O fərqlə ki, sadalanan ölkələrdə bəşəri cinayətləri törədənlərin əksəriyyəti layiqli cəzalarını alsalar da, Xocalı qətlləri hələ də dünyada hamılıqla və birmənalı olaraq soyqırımı kimi tanınmayıb, qatillər isə məhkum olunmayıblar.
Buna görə də Azərbaycan tərəfindən Xocalı qətliamının bütün dünyada tanıdılması prosesi davam edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Faciə barədə video və foto-materiallar kifayət qədər geniş auditoriyaya təqdim olunub. Beynəlxalq ictimaiyyətə göstərilir ki, xalqımız, millətimiz XX əsrin sonunda necə ağlagəlməz soyqırımına məruz qalıb. Biz bu gün təskinliyimizi bir də onda tapırıq ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək, təcavüzü törədənləri layiqincə cəzalandırmaqla Xocalı qurbanlarının da qisasını ala bilib. Ötən ilin fevralında Prezidenti İlham Əliyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, biz Xocalı faciəsi qurbanlarının qisasını döyüş meydanında aldıq, onu törədənlərin çoxu məhv edildi.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc əhalinin məruz qoyulduğu soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Qətliam ermənilərin törətdiyi sistemli cinayətlərin zirvəsidir. Erməni faşistlərinin təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq niyyətilə törədilib. Bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayət əməlləri nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girovlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Ulu öndər Heydər Əliyev Xocalının o dövrkü ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.
Bu cinayətlərin xarakteri və miqyası soyqırımı aktı BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəlir. Öncədən planlaşdırılmış amansız qırğınlardan
məqsəd həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək olub.
Ermənistan Respublikasının siyasi rəhbərliyi, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti soyqırımının təşkilatçıları və icraçıları olublar.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Dövlət başçısı və xanımı geniş ictimaiyyətlə bəabər, hər il fevralın 26-da Bakıdakı “Xocalı harayı” abidəsini ziyarət edirlər.
Bu il yanvarın 28-də cənab İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü haqqında sərəncam imzalayıb. Həmin sənəddə bir daha vurğulanıb ki, bu dəhşətli soyqırımına dünyada hüquqi qiymət verilməli və faciəni törədənlər layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt yaddaş yarasını - Xocalı qətliamını unutmayacaq.
Nə qədər ki, erməni faşizmi tam məhv edilməyib, işğalçılar insanlığa qarşı bəd əməllərini davam etdirməyə çalışacaqlar. Biz Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. 1992-ci ildə Xocalıda olduğu kimi, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə, digər şəhər və rayonlarda Ermənistanın hərbi-siyasi rəhbərliyinin dinc əhalini hədəf seçməsi, yaşayış məntəqələrini raket atəşlərinə məruz qoyması aşkar faşizm aktlarıdır.
Qoy, ermənilər bilsinlər və unutmasınlar ki, törətdikləri əməllərə görə Allahın cəzasından heç vəchlə qaça bilməyəcəklər. Beynəlxalq hüquq məsuliyyəti də onları son nəfəslərinə qədər təqib edəcək. Atalar sözündə deyildiyi kimi:
Alma məzlumun ahını,
Çıxar ahəstə-ahəstə.
Hikmət XƏLİLOV,
YAP Masallı rayon təşkilatının üzvü

Baxış sayı: 687
Bölməyə aid digər xəbərlər

Dünən, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
30-09-2026, 20:11
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
27-09-2026, 22:07
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
27-09-2026, 21:28
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
24-09-2026, 22:52
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
24-09-2026, 22:43
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı