Bütün xəbərlər
AFFA iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb
Tarix: 02-12-2017 13:11 | Bölmə: Cəmiyyət


“Keşlə”nin müqavilələrinə xitam verdiyi oyunçuları Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.
 
Eurasia Diary AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı İntizam Komitəsinin iclasında qəbul olunub.
 
Qərarda deyilir ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə N.Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.
 
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin.
 
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
EURASİYA DİARY



Baxış sayı: 878


Bölməyə aid digər xəbərlər