Bazar günü, 13 iyul 2025, 01:37:50  
Son xəbərlər:
Bütün xəbərlər
SEPAH: "İran İsrailə zərbələr endirərkən hələ ki, raket potensialından tam istifadə etməyib"
Tarix: 16-06-2025 18:47 | Bölmə: Manşet

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri Əhməd Vəhidi bildirib ki, İran Silahlı Qüvvələri İsrailə son zərbələr endirərkən öz raket potensialından hələ tam istifadə etməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vahidinin əlavə etdiyinə görə, İran İsraillə uzunmüddətli münaqişəyə hazırdır və Tehran istənilən ssenariyə hazırdır.
TASS xəbər agentliyi SEPA-nın müşavirindən sitat gətirir: "Biz hələ öz strateji raket potensialımızdan tam istifadə etməmişik".
SEPAH müşaviri İranın raketlərinin tükənməsi ilə bağlı iddiaları həqiqətə uyğun olmayan adlandırıb. O vurğulayıb ki, İran lazım bildiyi zaman İsraili müasir silahlarla vuracaq.Vahidi əlavə edib ki, yeni nəsil raketlər İranın bu yeni arsenalının yalnız bir hissəsidir.
Bundan əvvəl İİKK mətbuat xidməti bildirmişdi ki, İran İsrail “rejimi” tamamilə məhv edilənə qədər Təl-Əvivə qarşı əməliyyatları davam etdirəcək. SEPAH qarşıdakı əməliyyatların daha "sərt və sarsıdıcı" olacağı barədə xəbərdarlıq edib.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər