Bütün xəbərlər
İran "Mossad"a casusluqda ittiham olunan şəxsi edam edib
Tarix: 16-06-2025 13:18 | Bölmə: Karusel

İranda İsrailin "Mossad" kəşfiyyat agentliyinə casusluqda ittiham olunan şəxs edam edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.
Bunun 2023-2024-cü ilin qışında saxlanılan İsmayıl Fekri olduğu dəqiqləşdirilir.
Agentliyin bəyanatında deyilir: "Sionist rejim üçün kəşfiyyat fəaliyyəti həyata keçirən şəxs... bu səhər edam edilib".
"Mizan"ın sözlərinə görə, Fekri iki İsrail kəşfiyyatçısı ilə əlaqə saxlayıb, onlara İranla bağlı “həssas” məlumatlar ötürüb.
Bundan əvvəl İran hüquq-mühafizə orqanlarının pilotsuz uçuş aparatlarının istehsalı üçün gizli "Mossad" zavodunu aşkarladığı məlum olub.Bu Tehranın cənubunda, Rey şəhərində yerləşir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər