Bütün xəbərlər
Gecə 287 nəfər İsrail xəstəxanalarına yerləşdirilib
Tarix: 16-06-2025 13:26 | Bölmə: Karusel

Yəhudi dövlətinin Səhiyyə Nazirliyi bildirir ki, ötən gecə İsraildə 287 nəfər xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən əlavə ediblər ki, bir nəfər ağır, daha 13 nəfər isə orta-ağır xəsarət alıb.
"Gecə ərzində 287 zərərçəkən xəstəxanaya yerləşdirilib (təcili yardım briqadaları ilə və ya müstəqil). Onlardan biri ağır, 13 nəfər isə orta dərəcəli xəsarət alıb. 240 nəfər yüngül xəsarət alıb, 11 nəfər şokdadır. Qalan xəstələrin vəziyyəti hələ ki, məlum deyil", - Səhiyyə Nazirliyindən aydınlıq gətirilib.
Bundan əvvəl İsrail mediası Hayfa və Təl-Əvivin gecə atəşə tutulması nəticəsində 8 nəfərin öldüyünü yazıb.
Bu arada Rusiyanın İsraildəki səfirliyi ruslara vəziyyət normallaşana qədər yəhudi dövlətinin ərazisini tərk etməyi tövsiyə edir. Səfir Anatoli Viktorov xüsusilə qeyd edib ki, vəziyyət gərgindir və Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə heç də müvəqqəti deyil.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər