Bütün xəbərlər
5 il əvvəl bir yaşlı oğlunu qətlə yetirən valideynlər saxlanılıb
Tarix: 24-04-2025 09:49 | Bölmə: Cəmiyyət

2020-ci ilin avqustunda Krasnodar diyarında bir yaşlı oğlunun vəhşicəsinə qətlə yetirilməsini etiraf edən valideynlər Moskva vilayətində saxlanılıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, SHOT-un məlumatına görə, 23 yaşlı Kristina və onun 29 yaşlı ortağı Andrey uşağı birinci ad günündə boğaraq, cəsədini meşədə basdırıblar.Cütlük oğullarının varlığını gizlədib, onu qeydiyyata salmayıb, həkimə müraciət etməyib.
Onlar qətldən sonra Moskva yaxınlığındakı Korolev şəhərinə köçüb və qohumlarına uşağın yaxşı olduğunu söyləyərək yeni həyata başlamaq istəyiblər.
Saxlanılanlar oğlanın arzuolunmaz olduğunu və onların həyatına müdaxilə etdiyini etiraf ediblər.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər