Bütün xəbərlər
"Fars": "İran İsrailə raket zərbələri endirib"
Tarix: 15-06-2025 22:14 | Bölmə: Dünya

"Fars" xəbər verir ki, İran ordusu bazar günü axşam İsrailə raket zərbələri endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin İranın hərbi və nüvə obyektlərinə qarşı hərbi əməliyyatına başlamasından sonra Tehran İsrailə cavab tədbirləri görür.
Agentlik qeyd edir ki, "İİKK raketləri İsrail ərazisinə doğru atılıb".
Tərəflər iyunun 13-dən bir-birlərinə zərbələr endirirlər. Belə ki, bazar günü günortadan sonra İsrail ordusu Tehrandakı SEPAH binalarına hücum edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami İsrail hərbi əməliyyatları zamanı öldürülüb. İsrailin baş naziri Benyamin Netanyahu bazar günü İran İnqilabı Keşikçiləri Korpusu kəşfiyyatının rəhbəri Məhəmməd Kaziminin ölümünü açıqlayıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər