Bütün xəbərlər
Tramp Yaxın Şərq münaqişəsi haqqında: "İran bu müharibədə qalib gəlmir"
Tarix: 16-06-2025 23:39 | Bölmə: Manşet

İsrail Yaxın Şərq münaqişəsinin indiki gərginliyində yaxşı vəziyyətdədir, İran bu müharibədə qalib gəlmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp G7 sammiti öncəsi Kanadanın baş naziri Mayk Karni ilə görüşü zamanı deyib.
Amerika liderinin sözlərinə görə, İsrail güc balansı baxımından çox yaxşı vəziyyətdədir, lakin hər iki tərəf ciddi itkilər verir.
"Bu, hər iki tərəf üçün ağrılıdır. Mən deyərdim ki, İran bu müharibədə qalib gəlmir. Onlar danışıqlara başlamalıdırlar və bunu dərhal etməlidirlər", - Tramp deyib.
Daha əvvəl "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti G7-nin İsrail-İran münaqişəsi ilə bağlı bəyanatını imzalamayıb. Agentliyin məlumatına görə, sənəddə tərəflərin deeskalasiyaya ehtiyacı olduğu, lakin İsrailin özünümüdafiə hüququ çərçivəsində hərəkət edə biləcəyi qeyd olunub.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər