Bütün xəbərlər
İsrailli "Dinamo"nun futbolçusu Rusiya ilə bağlı söylədiyi fikirlərə görə Estoniyada dindirilib
Tarix: 07-06-2025 17:58 | Bölmə: Manşet

Estoniya polisi Moskvanın "Dinamo" futbol klubunun israilli müdafiəçisi Eli Dasanı Rusiya Federasiyası haqqında söylədiyi fikirlərə görə dindirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sport Baza” Telegram kanalı məlumat yayıb.
İsrail və Estoniya milli komandaları arasında keçiriləcək oyundan əvvəl Dasa birlikdə keçirdikləri illər üçün Rusiya və "Dinamo"ya təşəkkürünü bildirib.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən görüş İsrailin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra Estoniya polisi İsrail komandasının qaldığı otelə gələrək Dasanı dindirib.
Dasa 2022-ci ildə Hollandiyanın Vitesse klubundan "Dinamo"ya keçib. Rusiya komandasının tərkibində Eli bütün turnirlərdə 78 oyunda iştirak edib, bir qol vurub və beş məhsuldar ötürmə verib.
Müdafiəçinin İsrail millisində də 67 matçı və bir qolu var.
Daha əvvəl mətbuatda "Dinamo"nun yeni baş məşqçisinin Rusiya millisinin çalışdırıcısı Valeri Karpin ola biləcəyi barədə məlumatlar yayılmışdı. Bildirilir ki, 56 yaşlı mütəxəssis Moskva klubu ilə illik 2,5 milyon avro qarşılığında 3 illik müqavilə imzalayıb.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər