Bütün xəbərlər
Buzdan yıxılan uşağın meyiti tapılıb
Tarix: 19-04-2025 21:46 | Bölmə: Cəmiyyət

Xilasedicilər təxminən bir ay əvvəl Leninqrad vilayətində Tosna çayında buzdan yıxılan altı yaşlı uşağın cəsədini aşkar ediblər.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aprelin 19-da regional Fövqəladə Xilasetmə Xidməti məlumat yayıb.
Uşaq martın 23-də Nikolskoye kəndi yaxınlığında buzdan yıxılıb.
Xilasedicilər faciə ilə bağlı məlumat daxil olduğu gündən indiyədək oğlanın axtarışlarını davam etdirirlər.
"Axtarış işləri ilk beş gün ərzində güclü çay axını və buzun Tosna çayı boyunca aktiv hərəkəti ilə çətinləşib", - məlumatda deyilir.
Mərhumun meyiti sahilə çıxarılaraq polisə təhvil verilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər