Bütün xəbərlər
Tramp: "Ukraynadakı münaqişə Baydenin işidir"
Tarix: 15-06-2025 16:34 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynadakı münaqişəni həll etməyə çalışır, lakin bunun özünün deyil, əvvəlki prezident Co Bayden administrasiyasının hərəkətləri ilə əlaqəli olduğuna inanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “The Atlantic” jurnalından jurnalist Maykl Şererə müsahibə verən Donald Tramp deyib ki, Ukraynada vəziyyət belə olmamalı idi.
"Bu, Baydenin vəziyyətidir, Trampın deyil. Və mən bunu dayandırmağa çalışıram", - Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışarkən deyib.
Bir neçə dəqiqə telefonla danışan prezident jurnalistdən üzr istəyib.
"Maykl, mən getməliyəm" dedi. “Mən Vladimir Putindən zəng alıram”.
Şənbə günü Rusiya Federasiyası və ABŞ prezidentləri 50 dəqiqəlik telefon danışığı aparıb, Yaxın Şərqdə vəziyyətin gərginləşməsini və Ukraynada nizamlanmanı müzakirə ediblər.
Vladimir Putin Rusiyanın iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu və iyunun 2-də Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul razılaşmalarının icrası barədə Trampı məlumatlandırıb.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər