Bütün xəbərlər
İsrail ordusu İranın raket buraxılış qurğularının üçdə birinin məhv edildiyini açıqlayıb
Tarix: 16-06-2025 14:02 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Efi Defrin İranın bütün raket buraxılış qurğularının üçdə birinin məhv edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin xatırladıb ki, İsrail bazar ertəsi gecə İrana bir neçə dəfə zərbələr endirib.
“Əməliyyat başlayandan bəri 120-dən çox raket buraxılış qurğusu məhv edilib ki, bu da İran rejiminin buraxılış qurğularının ümumi sayının üçdə birini təşkil edir”, - deyə, Defrin IDF Telegram kanalında bildirib.
İyunun 13-nə keçən gecə İsrail hərbçiləri İrana qarşı 200-ə yaxın təyyarənin yerləşdirildiyi “Yüksələn Aslan” əməliyyatına başlayıb.
Cümə günü axşam İran İsrailin hücumlarına cavab olaraq zərbələr endirməyə başlayıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər