Bütün xəbərlər
Rusiyanın İsraildəki səfirliyinin konsulluq şöbəsi işində məhdudiyyətlər tətbiq edib
Tarix: 16-06-2025 18:50 | Bölmə: Karusel

Rusiyanın İsraildəki səfirliyinin konsulluq şöbəsi Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda öz işinə məhdudiyyətlər tətbiq edib, bu barədə diplomatik nümayəndəliyin rəsmi Telegram kanalı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  iyunun 17-dən etibarən konsulluq bölməsi vətəndaşları yalnız hazır Rusiya xarici pasportlarının verilməsi, Rusiyaya qayıdış şəhadətnaməsinin (SNV) verilməsi, habelə Rusiya vizalarının verilməsi məsələləri üzrə qəbul edəcək.
Məhdudiyyətlərin tətbiqi barədə qərarın “İsraildə mövcud təhlükəsizlik vəziyyəti və Daxili Cəbhə Komandanlığının müvafiq göstərişləri ilə əlaqədar” verildiyi vurğulanır.
Bundan əvvəl Rusiyanın İrandakı səfirliyinin konsulluq şöbəsi İsrail tərəfindən davam edən hücumlar fonunda vətəndaşların qəbulunun dayandırıldığını elan etmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər