Bütün xəbərlər
Polis dağılmış "Priora"da öldürülən 3 nəfərin şəxsiyyətini müəyyən edib
Tarix: 20-04-2025 21:47 | Bölmə: Cəmiyyət

Krasnodar diyarının Qoryaçiy Klyuç şəhərində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumatına görə, Saratovskaya-Martanskaya yolu ilə hərəkətdə olan “Lada Priora” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Avtomobil yoldan çıxaraq ağaca çırpılıb.Qəza yerindən olan görüntülərə görə, toqquşma nəticəsində avtomobil bir neçə hissəyə bölünüb.
Sürücü və bir qadın sərnişin dərhal dünyasını dəyişib.Vaxtında gələn həkimlər yoldaşını reanimasiya etməyə çalışsalar da, onu xilas edə bilməyiblər.
Ölümlə nəticələnən fövqəladə hadisə ilə bağlı araşdırma aparılır və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər