Bütün xəbərlər
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası bu dəfə Horadizdə və Cocuq Mərcanlıda
Tarix: 01-12-2017 23:01 | Bölmə: Cəmiyyət
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Füzuli rayonunun Horadiz şəhərində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səhiyyə ocağının həyata keçirdiyi aksiyaların sayı gündən-günə artır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Məqsəd həm pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəliklərinə dair monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.
Qeyd edək ki, 2005-ci ildən indiyədək səyyar klinika respublikanın 90 rayon və şəhərində 125 aksiya keçirib.



Baxış sayı: 975


Bölməyə aid digər xəbərlər