12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18:06 / 19-10-2026
İspaniyada Adam fırtınası nəticəsində dörd nəfər ölüb
18:02 / 19-10-2026
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
17:59 / 19-10-2026
İran Kiyevi Xəzər bölgəsində iğtişaşlar yaratmaqda ittiham etdi
17:54 / 19-10-2026
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
17:50 / 19-10-2026
Çin dron ixracı qaydalarını sərtləşdirəcək
21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
“Mehriban Əliyevanın fəaliyyətinin parlaq nəticələrini gözlərimlə görmüşəm” - İqumen Aleksi
Tarix: 02-12-2020 01:42 | Bölmə: Cəmiyyət
İtaliyanın Merano şəhərindəki Müqəddəs Nikolay pravoslav kilsəsinin baş keşişi, İqumen Aleksinin (Nikonorov) “Nezavisimaya qazeta”da müsahibəsi dərc edilib.
Unikal.org xəbər verir ki, müsahibədə Aleksi ata qeyd edib ki, Qafqazda xristianlıq faktiki olaraq, bu dinin yarandığı vaxtdan mövcud olub. Bununla yanaşı, burada xristian ənənələrinin inkişaf və tənəzzül dövrləri olub, lakin onlar heç vaxt yox olmayıb. Həm Qarabağ ərazisində, həm də Azərbaycanın bir çox başqa rayonlarında mövcud olan çoxsaylı məbədlər və monastırlar buna parlaq sübutdur.
“İndiki azərbaycanlılar bu torpaqda mövcud olan həmin dövlətlərin, o cümlədən Qafqaz Albaniyası dövlətinin qanuni xələfləridir, həmçinin bu günümüzə gəlib çatan mədəni və dini abidələrin varisləridir”, - deyə İqumen Aleksi vurğulayıb.
Qarabağ ərazisindəki müqəddəs yerlərdən danışan Aleksi ata deyib: “Biz başa düşməliyik ki, eramızın 428-ci ilində erməni dövləti süqut etdi və İranın Sasanilər sülaləsinin canişininə çevrildi. Növbəti yüzilliklərdə müstəqil erməni dövlətinin epizodik bərpasının Qarabağ ərazisinə ümumiyyətlə aidiyyəti olmayıb. Ona görə də həmin dövrdə regionda yaranan abidələrin heç biri erməni abidəsi adlandırıla bilməz. Qarabağda qorunub saxlanılan ən mühüm və qədim komplekslər bunlardır: Amaras monastırı (IV əsr), Dadivank monastırı (IX-XIII əsrlər) və Qandzasar monastırı (XIII əsr). Amaras (Xocavənd rayonunda) – birinci Alban arxiyepiskopu Qriqorisin basdırıldığı yerdir, alban çarı Vaçe tərəfindən V yüzillikdə bərpa edilib və tikilib, erkən Orta əsrlər dövründə alban katolikoslarının iqamətgahı olub. Dadivank (Kəlbəcər rayonunda) rəvayətə görə apostol Faddeyin şagirdi – Dadinin məzarı üzərində qurulub, hazırkı görünüşdə XII əsrin əvvəllərində Aranşahlar nəslindən Xaçen hökmdarları tərəfindən tikilib. Qandzasar (Kəlbəcər rayonunda) – alban knyazlarının ata-baba sərdabasıdır, Həsən Calal tərəfindən tikilib, XIV əsrdən alban katolikoslarının iqamətgahı olub. Əsasən XIII əsrə aid olan və müxtəlif dərəcədə qorunub saxlanmış 15-ə yaxın məbəd mövcuddur. Qafqaz Albaniyasının ərəblər tərəfindən işğalından sonra regionun xristian əhalisi ərəb qoşunlarının keçə bilmədiyi dağlıq yerlərə və ölkənin inzibati rayonlarına (Qarabağda) toplanır. Faktiki olaraq bu dövrdə Qarabağda alban dini memarlığı yaradılır. Bununla belə, nüfuzlu erməni tarixçisi Suren Yeremyan XIII əsrin tarixçisi Kirakos Qandzaketsinin “alban rəislərinin yalnız hansısa hissəsi erməni dilini bilirdi, eyni zamanda, Qarabağ əhalisi öz doğma dilində danışırdı” sözlərini sitat gətirir.
Ehtimal etmək olar ki, həmin vaxtdan da bərpa işlərində erməni yazılarından istifadə edilməyə başlanıb. Bəli, burada monofizitlər dua edə bilərdilər, onları, o cümlədən erməni əsilli ustalar da bərpa edə bilərdilər. Onların adını erməni tarixçiləri öz əsərlərində yada sala bilərdilər, lakin bütün bunlar Qafqaz Albaniyasının dini və mədəni abidələrini ermənilərinki edə bilməz!”
İqumen Aleksi öz müsahibəsində rusiyalı mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti mövzusuna toxunub. Müraciətdə Qarabağ irsinin eynilə Suriyanın Palmira şəhərinin taleyini gözləyəcəyi qorxusu ifadə olunur. O deyib: “Hər bir xalqın mədəni irsi, hər şeydən əvvəl, dövrlərin varisliyini təmin edən, insanları öyrədən və tərbiyə edən, xalqın ən gözəl cəhətlərini üzə çıxaran qiymətli sərvətdir. Buna görə də tarixi abidələrin qorunmasına xüsusi diqqət ayırmaq mühümdür. Düşünmək olar ki, sivilizasiyalı dünyada bunu hamı anlayır. Azərbaycan isə özünün ən yeni tarixində mədəniyyət və tarixi abidələrinə qayğı ilə yanaşmanın etalon nümunəsini göstərir, həm də bu münasibət təkcə Azərbaycanın öz abidələrinə aid deyil.
Son 27 ildə müstəqil Azərbaycan dövləti mürəkkəb siyasi, iqtisadi, digər problemlərin həllinin vacibliyinə baxmadan tarixi abidələrin qorunmasına və beynəlxalq səviyyəli sahəvi mütəxəssisləri cəlb etməklə bu abidələrin mükəmməl, dəqiq bərpasına xüsusi diqqət ayırıb. Buraya təkcə qədim böyük şəhərlər, qalalar, gözətçi qüllələri, xan sarayları, məscidlər deyil, həm də xristian məbədləri, sinaqoqlar aiddir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun beynəlxalq səviyyədə tanınmış xoşməramlı səfiridir. Heydər Əliyev Fondunun vəsaitləri hesabına Romada Müqəddəs Marsellina və Pyotr qədim xristian katakombaları bərpa edilib, Müqəddəs Sebastyan bazilikası kompleksinin qədim xristian sarkofaqlarının bərpası üzrə işlər davam edir. Bu işlərin parlaq nəticələrini mən gözlərimlə görmüşəm!
İtaliyalı jurnalistlər Azərbaycanın birinci xanımından “Müsəlman dövlətindən - Azərbaycandan olan Fond nə üçün xristian irsinin bərpa işlərini maliyyələşdirir?”, - deyə soruşanda xanım Əliyeva belə cavab verib: “Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşir və bu coğrafi mövqe ölkəmizi xarakterizə edən dərin müxtəlifliyə öz təsirini göstərib. Azərbaycan ərazisində yaşayan xalqlar həmişə bir-birinə dost və qardaş olublar, çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir”.
Əgər Qarabağın mədəni irsinə qayğı göstərmək barədə Azərbaycanın niyyətlərinə və bacarığına şübhə edən varsa, qoy onlar Azərbaycana gəlsinlər, bu ölkənin şəhər və kəndlərini ziyarət etsinlər. O zaman şübhələr öz-özünə çəkiləcək”. (AzərTAc)
Baxış sayı: 613
Bölməyə aid digər xəbərlər

Dünən, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
Dünən, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
Dünən, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib