Bütün xəbərlər
14 nömrəli uşaq musiqi məktəbi "NEW WAY" Birinci Beynəlxalq Musiqi Festivalında Azərbaycanı təmsil edib
Tarix: 10-07-2019 22:55 | Bölmə: Mədəniyyət

“Bakı” Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti və "Novus Via" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin dəstəyi ilə Almaniyanın Hannover vəTsell şəhərlərində möhtəşəm "NEW WAY" Yay Festivalı təşkiledib. Festivalda Rusiyadan, Almaniyadan, Azərbaycandan, Türkiyədən, İrandan və digər ölkələrdən olan musiqiçilər iştirak ediblər.
Layihənin məqsədi Azərbaycanın folklor və klassik musiqisini, o cümlədən xalq mahnılarını Almaniyada təbliğ edərək yayımlamaqdır. Sərhəd tanımayan mədəniyyətin zəngin ənənələri ilə seçilən Azərbaycan ınmilli musiqi irsi özünün qədim ənənələri və onlara
söykənən müasir əsərləri ilə dünyanın hər yerində unudulmaz izlər qoyur. Bu baxımdan "NEW WAY" layihəsi həm klassik, həm də müasir Azərbaycan musiqisinin təşviqində gözəl bir təcrübədir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli uşaq musiqi məktəbinin direktoru, Respublika və Beynəlxalq müsabiqələr laureatı, tarzən Neymət Mürsəlov Festivalda Azərbaycan təmsilçilərindən biri kimi repertuarına həm klassik, həm də müasir musiqi nümunələri daxil etməklə yanaşı, Azərbaycan və Qərbi Avropa musiqisinin incilərini də bir araya gətirib. O, I.Bramsın “Macarreqsi”ni, V.Adıgözəlovun “Qərənfil” romansını, İ.İsrafilovanın “CahargahSkertso” və sairə musiqi əsərlərini tarda məharətlə ifa edib.
"NEW WAY" Birinci Beynəlxalq Musiqi Festivalının yekununda iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Sabaha-inamla.Az



Baxış sayı: 809


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya