Bütün xəbərlər
"Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara "Geländewagen" alsın" - Nisə Qasımova
Tarix: 13-06-2019 15:43 | Bölmə: Mədəniyyət
"Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara "Geländewagen" alsın" -  Nisə Qasımova

"Libaslarımın qiymətini demirəm. Özümü elə tanıtmaq istəmirəm. 5 manatlıq parçadan da gözəl libas tikmək olar. Əsas onu təqdim etməkdir. Qiymət heç nəyi ifadə etmir".Axşam.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Nisə Qasımova "Şou news" verilişində deyib. Müğənni avtomobilini, evini reklam edənləri qınayıb. Qasımova müğənni Aytac Vidadiqızının bahalı avtomobili ilə öyünməsini isə tənqid edib:
"Təkəbbürlükdən acığım gəlir: paltar, maşınla öyünürlər. Maşınların kralı olub məndə, heç vaxt dilə gətirməmişəm. Çəkilişdən də qaçmışam. Heç adlarını da bilmirəm. Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə "Geländewagen" alsın. Heç bilmirəm ki, o, necə maşındı, neçə qapısı var. Vidadi Bərdəlinin qızı yaxşı oxuyandı. Yəqin kimsə onu özündən çıxarıb, o da danışıb. Bunları deməsələr yaxşıdır.


Baxış sayı: 638


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya