Bütün xəbərlər
“Onları “qara siyahı”ya atıram”
Tarix: 09-01-2020 02:44 | Bölmə: Mədəniyyət
“Onları “qara siyahı”ya atıram”

Əməkdar artist Manana Caparidze qalmaqallı paylaşım edən məşhurları sosial şəbəkədə “qara siyahı”ya atdığını açıqlayıb.Axşam.az xəbər verir ki, “Show news”a danışan sənətçi efirlərdə qalmaqalların nisbətən azalmasına sevindiyini bildirib:
“Sosial şəbəkələrdə bunun qarşısını almaq çətindir. Qətiyyən izləmirəm və maraqlı da deyil. Belə hallarla qarşılaşdıqda onları “qara siyahı”ya atıram ki, görməyim. Gözəl ailədən çıxan, özünə hörmət edən insanlar qalmaqalla maraqlanmamalıdırlar. Söz-söhbətlər mənə heç nə qazandırmır, onun ömrü iki gündür. Qalmaqalla gündəmə gələnlər tarixdə qala bilməyəcəklər”.


Baxış sayı: 595


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya