17:41 / 29-01-2026
Qadının qətli ilə bağlı cinayət işi açılıb
17:33 / 29-01-2026
Peskov: "Zelenski Moskvaya danışıqlar üçün yeni dəvətə cavab verməyib"
16:50 / 29-01-2026
Trolleybusun məktəblini vurması ilə bağlı cinayət işi açılıb
16:46 / 29-01-2026
Rüşvət işi ilə əlaqədar saxlanılıb
16:41 / 29-01-2026
Mahaçqala limanında İran gəmisinin xilasetmə əməliyyatı başa çatıb
16:38 / 29-01-2026
Stend-ap komediyaçısı Nurlan Saburovun konserti ləğv edilib
16:27 / 29-01-2026
Yük qatarı bir kişini vurub, ölümcül xəsarət alıb
16:23 / 29-01-2026
116 uşaq kəskin bağırsaq infeksiyasına yoluxub
13:01 / 29-01-2026
Yetkinlik yaşına çatmayan cinayətkarların sayına görə liderdir
12:58 / 29-01-2026
Klinkarov Putin-Tramp görüşünün mart ayında Budapeştdə keçiriləcəyinə inanır
12:53 / 29-01-2026
Ekspert Kilinkarov Ukraynanın AB-yə qoşulma şansının sıfır olduğunu deyir
12:50 / 29-01-2026
Zavodda güclü partlayış baş verib
12:47 / 29-01-2026
Rusiya və Ukrayna Əbu-Dabidə enerji atəşkəsini müzakirə edəcəklər
12:42 / 29-01-2026
Çin Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir
12:40 / 29-01-2026
Qocalar evində doqquz xəstə vəfat edib
12:34 / 29-01-2026
Kallas ayrı bir Aİ ordusu yaratmaq təklifi rədd etdi
23:31 / 28-01-2026
Bu il metronun yeni stansiyası açılacaq
23:27 / 28-01-2026
19 yaşlı bir kişi hücumçunun burnundan hava tapançası ilə atəş açdığına görə saxlanılıb
21:38 / 28-01-2026
Quyuya düşən uşaq ölüb
21:34 / 28-01-2026
Rusiya Federasiyası Təhlükəsizlik Şurası: Beynəlxalq Təhlükəsizlik Forumuna 155 ölkə dəvət olunub
21:32 / 28-01-2026
Jurnalist Boqdanov: "Demokratlar Trampın spamını həzm edə bilmirlər"
21:29 / 28-01-2026
Rubio: "ABŞ Venesueladakı Rusiya, Çin və İran təsirini zəiflətmək üçün Maduronu qaçırdı
21:27 / 28-01-2026
İki kişini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir
21:23 / 28-01-2026
Ekspert Svetov: "İsveç və Finlandiya üçün ekzistensial təhlükə reallaşır"
21:17 / 28-01-2026
Dağıstanda büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb
21:13 / 28-01-2026
Kuleba: "Odessa vilayətindəki limanda yanğın baş verib"
20:03 / 28-01-2026
Yeniyetmələrin məhkəməyəqədərki həbs müddəti uzadılıb
19:59 / 28-01-2026
"TourDom": Misir məhkəməsi rusiyalı turistlərə qarşı Britaniya hücumu ilə bağlı işi dinləyib
19:51 / 28-01-2026
Bir qadın tibb mərkəzinin foyesində doğuş edib; körpə yaralanıb
19:48 / 28-01-2026
Peskov: "Maliyyə Nazirliyinin onlayn kazinoları leqallaşdırmaq təşəbbüsü daha da inkişaf etdiriləcək"
19:20 / 28-01-2026
Elçin Quliyev generalı rəis təyin etdi
16:40 / 28-01-2026
Moskva vilayətində Xüsusi Təyinatlı Qüvvələrin əsgərindən 4,9 milyon rubl oğurlayan kuryer saxlanılıb
16:31 / 28-01-2026
Rumıniyanın Qara dəniz sahillərində dəniz minası aşkar edilib
16:17 / 28-01-2026
Solovyov hesab edir ki, Ukraynanın enerji infrastrukturu məhv edilməlidir
16:13 / 28-01-2026
Alipov: "Hindistan bazarının minlərlə qısa və orta mənzilli təyyarə ilə qiymətləndirildiyi təxmin edilir"
Azərbaycanın üç ən böyük şəhər-qalası
Tarix: 26-01-2018 21:38 | Bölmə: Sosial
Ölkəmizin ən əhəmiyyətli qalaları barədə söhbətimizi davam etdiririk. Keçmiş zamanlarda Azərbaycan şəhərlərinin çoxu müdafiə bürclərini vahid istehkam ansamblında birləşdirməklə, öz ərazilərini əzəmətli qala divarları ilə möhkəmləndirməyə çalışırdılar. Belə şəhər-qalaların bəziləri salamat şəkildə bizim günlərə qədər gəlib çıxıb, digərləri arxeoloji qazıntılar zamanı bərpa olunub ki, bu da onların tarixi dəyərini əsla azaltmır.
Bakı qalası
Möhkəm qala divarları ilə dövrələnmiş Köhnə Bakı və ya İçərişəhər bəlkə də Azərbaycan qalalarının ən məşhurudur. Əcdadlarımız tərəfindən istehkam şəklində inşa edilmiş və zəmanəmizə çox yaxşı vəziyyətdə gəlib çatmış bu qədim yaşayış məskəninin dəqiq yaşını müəyyən etmək çox çətindir. Amma arxeoloji qazıntılar nəticəsində məlum olub ki, İçərişəhərin ərazisi hələ Tunc dövründə məskun olub, VIII-XI əsrlərdə burada şəhər həyatı qaynayıb, sənətkarlıq və ticarət inkişaf edib.
Qalanın əsas girişlərindən biri - Qoşa qala qapısı əvvəllər Şamaxı darvazası adlanıb. Şamaxı darvazası (onu Şah Abbas darvazası da adlandırırdılar) XIX əsrin sonuna qədər şəhərin yeganə qapısı olub. XIX əsrin sonunda qala divarlarının ikinci sırası söküləndən sonra ikinci sıranın Zülfüqar xan adlanan darvazası Şamaxı darvazasının yanında yerləşdirilib. “Qoşa qala qapısı” adı belə yaranıb.
Qala dəfələrlə düşmənlər tərəfindən mühasirəyə alınıb. Məsələn, 1723-cü ildə admiral Matyuşkinin başçılıq etdiyi rus hərbi eskadrası dəniz tərəfdən şəhərə yaxınlaşıb və onun təslim olmasını tələb edib. Rusların ultimatumu rədd edilib. Buna cavab olaraq, qala 15 gəmidən ibarət eskadra tərəfindən top atəşinə tutulub. Mərmilərdən biri Məhəmməd məscidinin minarəsinə dəyərək onu zədələyib. Həmin vaxt şiddətli külək qalxıb və rusların yelkənli gəmilərini dənizin içərilərinə qovub. Şəhər əhalisi düşünüb ki, yadelli işğalçılar Allahın qəzəbinə gəlib. Yeri gəlmişkən, məscidin minarəsi qala müdafiəçilərinin mətinliyinin və mərdliyinin simvolu kimi XIX əsrin ortalarına qədər bərpa olunmayıb. Məscidin binası və minarəsi yalnız 2010-cu ildə bərpa edilib.
İçərişəhərin 22,1 hektar təşkil edən kiçik ərazisində yüzlərlə tarixi abidə, o cümlədən 4 dünya miqyaslı, 28 yerli əhəmiyyətli abidə yerləşir. Bakının başlıca rəmzlərindən biri - əzəmətli və möhtəşəm Qız qalası, habelə məşhur Şirvanşahlar Sarayı Kompleksi, qədim məscidlər, karvansaralar məhz burada, qədim qala divarlarının içində yerləşir.
İçərişəhər təkcə qədim abidə deyildir. Hündürlüyü 8-10 metr olan qala divarları ilə əhatələnmiş bu tarix-memarlıq qoruğunun ərazisindəki qədim evlərdə 1300-dən çox ailə yaşayır, burada çoxsaylı mədəniyyət ocaqları fəaliyyət göstərir. Qeyd edək ki, Bakı qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Qəbələ qalası
Yarımdağılmış vəziyyətdə olan, amma hələ də əzəmətli görünən Qəbələ qalasının bürc və divarları artıq çoxdan Qafqaz Albaniyasının qədim paytaxtının qüdrət rəmzinə çevrilib.
Müasir Qəbələnin mərkəzindən 25-30 kilometr cənub-qərbdə, Çuxur Qəbələ kəndinin yaxınlığında 480 hektar ərazidə hazırda Dövlət Tarix-Mədəniyyət Qoruğu yerləşir. 1985-ci ildə yaradılan qoruğun ərazisində ötən əsrin 60-cı illərindən etibarən aparılan arxeoloji qazıntılar təsdiq edir ki, Qəbələ eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq XVIII əsrədək infrastrukturu inkişaf etmiş böyük şəhər, sənətkarlıq və ticarət mərkəzi olub.
Hazırda qədim şəhərin Antik, Selbir və Qala deyilən 3 sahədə yerləşən qalıqlarını görmək olar. Şimaldan dərin xəndəklə, cənubdan əzəmətli qala divarı ilə ayrılmış Qalanın ərazisini nəzərdən keçirək. Sasanilər dövrünün memarlıq üslubunda inşa edilmiş bu divarlar Azərbaycanın digər qala tikililəri arasında seçilir. Orta əsrlərin bəzi müəlliflərinin yazdığına görə, şəhər Sasanilər sülaləsindən olan I Qubad tərəfindən salınıb. Ancaq tədqiqatçılar əmindirlər ki, şahın göstərişi ilə burada yalnız bərpa işləri aparılıb.
Qala çiy kərpicdən və çay daşlarından inşa olunub. Salamat qala bürcünün diametri 3 metrdir. Qalanın uzunluğu 35 metrdir, divarların qalınlığı 2,4 metrə çatır. Orijinal formasını hələ də saxlayan Qalanın əsas qapısı cənub divarında yerləşir. Hündürlüyü 10-14 metrə, diametri 6,8 metrə çatan 4 qövsşəkilli qala bürcü də burada yerləşir. Arxeoloji qazıntılar zamanı burada küp qəbirlər və Qəbələnin təsərrüfat həyatını, sənətkarlığın və ticarət münasibətlərinin inkişafını əks etdirən digər qiymətli artefaktlar aşkar edilib.
Şəhərdə dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, toxuculuq, daşoyma, sümük emalı, şüşə istehsalı və s. inkişaf edib. Qazıntılar zamanı saxsı borularla çəkilmiş su təchizatı sistemi, dulusçu sobalarının qalıqları, istehsalat tullantıları, əmək alətləri, bəzək əşyaları, şərab anbarı, saxsı məişət məmulatı, emalatxanalar və sair və ilaxır aşkar edilib. Tapıntıların çoxu Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir.
Şəmkir qalası
Qədim Şəmkir qalası təkcə istehkam tikililərinin möhkəmliyi ilə deyil, həm də memarlığının qeyri-adi gözəlliyi ilə seçilir. Onu əbəs yerə Arran şəhərsalma ənənəsinin incisi adlandırmırlar.
Qədim Şəmkir şəhəri hazırda Şəmkirçayın sol sahilində, Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Bir vaxtlar çiçəklənən şəhər XIII əsrin əvvəlində monqollar tərəfindən viran qoyulub. Şəhərin təsviri təsdiq edir ki, burada orta əsrlərdə düzənlik ərazilərdə yerləşən şəhərlərə xas olan bütün əlamətlər olub. O vaxtlar şəhərlər adətən üç topoqrafik hissədən ibarət olub: narınqala (içqala), şəhristan (şəhərin özü) və rabad (şəhərin ətrafı). Şəhərin topoqrafik planının hazırlanması onun təqribən dördbucaqlı şəklində olduğunu göstərir.
Orta əsrlər dövrünün böyük şəhəri sayılan Şəmkirin tarixinin hələ XIX əsrin əvvəllərində öyrənilməsinə baxmayaraq, burada irimiqyaslı arxeoloji tədqiqatlar XXI əsrin birinci onilliyində başlayıb. 2006-cı ildən burada aparılan qazıntılar sayəsində Azərbaycan tarixində yeni səhifələr açan çox maraqlı kəşflər edilib. Ən qiymətli qədim tapıntılar Dəmir dövrünə aiddir. Orta əsrlər şəhər həyatının müxtəlif tərəflərini əks etdirən mədəni təbəqələrin qalınlığı 6 metrə çatır. Deyilənə görə, VIII əsrdən XIII əsrin ilk onilliklərinə qədər, yəni Şəmkirin monqollar tərəfindən yerlə-yeksan edildiyi dövrə qədər şəhərdə həyat qaynayırmış.
Memarlıq və inşaat Şəmkirdə çox inkişaf edibmiş. Qazıntılar zamanı çoxsaylı tikili qalıqları, o cümlədən istehkam qurğuları, ictimai və yaşayış binalarının, şəhərin abadlaşdırılması üçün nəzərdə tutulan mühəndis qurğularının qalıqları aşkar edilib. Məlum olub ki, VIII-X əsrlərdə şəhər çay daşından və çiy kərpicdən tikilmiş qala divarı ilə müdafiə olunub. XI əsrdə şəhərdə paralel qala divarları inşa olunub. Arasında təqribən 10 metr məsafə olan hər iki divar bişmiş kərpic, çay daşı və yonulmuş ağ daş sıralarının bir-birini əvəzlədiyi kombinə edilmiş hörgü ilə ucaldılıb. Qeyd edək ki, son dərəcə gözəl görünən polixrom, kombinə edilmiş divar hörgüsü Arran memarlıq məktəbinin mərkəzlərindən biri sayılan Şəmkir üçün çox səciyyəvi olub. Şəhərin bayır divarının uzunluğu 80 metrdən çox, eni 3,8 metrdir. Bu divar qövsşəkilli monolit bürclərlə möhkəmləndirilib. İç divarın uzunluğu təqribən 2,7,5 metrdir. Cənub tərəfdə yerləşən darvaza cinahlarda yerləşən iki bürc tərəfindən müdafiə olunub. Cənub bürcü yarımdağılmış vəziyyətdədir. Hər iki bürcə yerli ağ daşdan böyük məharətlə üz çəkilib.
Bayır divarın ikinci və üçüncü bürcləri arasında tağşəkilli oyuqları olan tikili aşkar edilib. Tikili şəhər divarına bitişikdir, yəni qala divarı onun qərb divarını təşkil edir. İçqala şəhərin şərq hissəsində, Şəmkirçayın sol sahilində yerləşir. Planda düzbucaqlı formasında olan qala cənubdan şimala doğru uzanır və bir hektardan çox ərazidə yerləşir. Salamat qalmış divarların hündürlüyü 5,5-7,5 metr, eni 3,2-4 metr civarındadır.
Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyevin sözlərinə görə, əminliklə demək olar ki, Şəmkir qalasının tikililəri Arran memarlıq məktəbinin ən parlaq nümulərindən biridir. Orta əsrlərin memarları və kombinasiyalı hörgü ilə işləyən bənnaları əsl hərbi memarlıq şedevri yaradıblar. Burada müxtəlif inşaat materiallarından – çay daşından, bişmiş kərpicdən və ağ daşdan bacarıqla istifadə olunub. Bu texnika həm divarları möhkəmləndirməyə, həm də estetik baxımdan onu yaraşıqlı etməyə imkan verib. Arxeoloqların məlumatına görə, içqalanın XI əsrdə inşa edilən divarları bir neçə dəfə təmir olunub.
Hazırda qazıntıların yerində arxeologiya parkı yaradılıb.
Baxış sayı: 1 464
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:23
116 uşaq kəskin bağırsaq infeksiyasına yoluxub
Bu gün, 12:40
Qocalar evində doqquz xəstə vəfat edib
Dünən, 23:31
Bu il metronun yeni stansiyası açılacaq
Dünən, 19:48
Peskov: "Maliyyə Nazirliyinin onlayn kazinoları leqallaşdırmaq təşəbbüsü daha da inkişaf etdiriləcək"
27-01-2026, 19:57
ERR:Məktəblilər eston dilinə maraq göstərmirlər
27-01-2026, 19:47
Təyyarə təmiri zamanı işçi xəsarət alıb
27-01-2026, 19:29
Xırdalan Cümə Məscidində islam aləminin 3 mühüm şəxsiyyətinə doğum günü keçirildi-VİDEO+FOTOLAR
27-01-2026, 16:26
Hava Limanı qar yağışı fonunda 214 uçuşa xidmət göstərib
26-01-2026, 17:36
Vasilyev: "Miqrant imtahanlarına daha sərt nəzarət Rusiya büdcəsinə 10 milyard rubl gətirib"
25-01-2026, 16:32
Aktiv vərəm xəstəsi olan işçilər müəyyən edilib
25-01-2026, 16:22
Moskva metrosunda divara markerlə rəsm çəkdiyinə görə rəssam 10 gün müddətinə həbs edilib
24-01-2026, 16:45
Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib
24-01-2026, 16:27
Rusiya Elmlər Akademiyasının akademiki: "Orbitdə olan kosmonavtlar görmə qabiliyyətinin təxminən bir saniyə gecikməsini yaşayırlar"
23-01-2026, 09:23
Ekspert Leonkov: "Kiyev enerjinin bərpası üçün Qərb yardımı almır"
23-01-2026, 09:19
24 saat ərzində ikinci zəlzələ baş verib
23-01-2026, 09:16
Uşaqlar arasında norovirus infeksiyasının mənbəyi otel işçiləri olub
21-01-2026, 23:32
Metro stansiyasında pulsuz su satan avtomat quraşdırılıb
21-01-2026, 23:27
Müharibə veteranı 100 yaşında vəfat edib
21-01-2026, 12:52
Texniki məktəbə hücum edən tələbə 13 il həbs cəzasına məhkum edilib
21-01-2026, 12:15
Maqnit fırtınasından sonra Şimal işıqlarını gördülər
19-01-2026, 22:02
Anesteziya altında olan xəstə radiatordan ağır yanıqlar alıb
19-01-2026, 20:00
Deputat qanunsuz miqrantların müəyyən edilməsi üçün keçirilən reydləri effektiv adlandırıb
19-01-2026, 19:18
Dini hissləri təhqir etməkdə günahını boynuna aldı
18-01-2026, 23:44
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
18-01-2026, 16:02
Özəl heyvan sığınacağında yanğın baş verib
17-01-2026, 22:06
450 icma elektriksiz qalıb
17-01-2026, 10:30
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib
16-01-2026, 19:01
Universitetinin professoru arzuolunmaz təşkilatda iştirak etdiyinə görə cərimələnib
15-01-2026, 20:00
II Dünya Müharibəsi veteranı 100 yaşında vəfat edib
15-01-2026, 15:48
Deputat Svintsov: "WhatsApp 2026-cı ildə birdəfəlik bloklanacaq"
15-01-2026, 11:37
Təqaüdçü şəhərdə bir sıra oğurluqlarda şübhəli bilinərək saxlanılıb
15-01-2026, 11:21
Su infrastrukturunun köklü yenilənməsi: prioritet hədəf
14-01-2026, 23:40
Vüqar Rəhimzadə: "Bakıda və Abşeron yarımadasında su problemlərinin həlli infrastruktur layihələri arasında xüsusi yer tutur"
14-01-2026, 20:08
SDU-nun rektor əvəzi professorluqdan niyə məhrum edilib? - Açıqlama
14-01-2026, 19:25
İki ailə dəm qazından zəhərlənib
14-01-2026, 19:12
"Fox News": ABŞ Rusiya da daxil olmaqla bir neçə ölkə üçün viza prosedurunu dayandırır