12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
İKI RAS: "Günəş aktivliyi Yer üçün risklər yaradır"
Tarix: 24-08-2025 11:30 | Bölmə: Sosial

Avqustun 24-də Günəşdə artan məşəl aktivliyi Yer üçün mülayim risklər yarada bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının mütəxəssisləri məlumat veriblər.
Proqnozla bağlı müvafiq mesaj təşkilatın Telegram kanalında dərc olunub.
Bazar günü geomaqnit vəziyyətinin sakit olacağı dəqiqləşib. Bununla belə, Günəşin səthində aktivliyin artması müşahidə olunur.
"Məşəl aktivliyi nəzərəçarpacaq dərəcədə artır, böyüyür, Yer üçün orta risk ehtimalı var", - laboratoriya qeyd edib.
Bundan əvvəl İKİ RAS mütəxəssisləri Günəşdə ardıcıl üçüncü güclü partlayışı qeydə alıblar.



Baxış sayı: 666


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb