Bütün xəbərlər
"Welt": Avropa üçün NATO qoşunlarının Ukraynaya yeridilməsi ilə bağlı Rusiyanın fikrini nəzərə almaq vacibdir
Tarix: 06-09-2025 20:22 | Bölmə: Dünya

Avropa ölkələri NATO qoşunlarının Ukraynaya mümkün yeridilməsi ilə bağlı Rusiyanın mövqeyini nəzərə almalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Almaniyanın "Welt" telekanalının müxbiri Kristof Vanner deyib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib ki, Ukrayna ərazisində xarici qoşunlar peyda olarsa, Rusiya onları qanuni hədəflər kimi qəbul edəcək. Çıxışı “Rossiya 24” telekanalı yayımlayıb.
“Düşünürəm ki, əlbəttə ki, rusların fikrini eşitmək və Qərbi Avropa əsgərlərinin Ukraynada atəşkəsdən sonra belə əməliyyatına münasibətini anlamaq lazımdır”, - deyə, Vanner Welt YouTube kanalında yayımlanan videoda bildirib.
Jurnalist vurğulayıb ki, Moskvanın rəyi nəzərə alınmadan Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi bu əsgərlər üçün faciəvi nəticələrə səbəb ola bilər.
Vannerin sözlərinə görə, Moskva həmişə bu məsələdə son dərəcə mənfi mövqe bildirib və Rusiya prezidentinin bəyanatı yalnız bu mövqeyi təsdiqləyir.
Bundan əvvəl İtaliyanın “L’Antidiplomatico” qəzeti Putinin “istəkli” ölkələrin koalisiyasının Ukrayna ərazisinə hərbi kontingent yerləşdirmək planlarını alt-üst etdiyinə dair məqalə dərc edib. Məqalədə qeyd olunur ki, Rusiya liderinin sərt bəyanatı Moskvanın xarici qoşunların Ukraynada mümkün görünməsinə birbaşa təhlükə və ölkənin NATO-ya daxil olması istiqamətində addım kimi baxdığına işarə kimi qəbul edilib.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər