Bütün xəbərlər
WSJ: Moskva ABŞ və Aİ arasında Ukrayna ilə bağlı razılaşdırılmış strategiyanın olmamasından faydalanır
Tarix: 06-09-2025 20:30 | Bölmə: Karusel

Rusiya Ukraynadakı münaqişədə üstünlük əldə edir, o cümlədən ABŞ və Aİ-nin problemin həlli üçün ümumi razılaşdırılmış strategiyası olmadığına görə.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşrin məqaləsində qeyd olunur ki, indiki yanaşma ilə Rusiya prezidenti Vladimir Putin bütün məqsədlərinə nail olmaq imkanı əldə edir. Analitiklərin fikrincə, Aİ və ABŞ arasında ortaq siyasət gedişatı dəyişdirə bilər. Amma bunun üçün Ağ Ev rəhbəri Donald Tramp öz ritorikasını dəyişməlidir.
“Əskik olan, Trampın sülhməramlı fəaliyyətə yanaşmasını tənqid edən bir çox siyasətçi və analitiklərin fikrincə, koordinasiya edilmiş ABŞ-Avropa strategiyasıdır”, - məqalədə deyilir.
Nəşr qeyd edib ki, xarici sanksiyalar səmərəsizdir. Rusiya iqtisadiyyatı 2023 və 2024-cü illərdə sabit artım nümayiş etdirdi.
Bundan əvvəl məlum olmuşdu ki, Avropa ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı öz təkliflərini hazırlayıb və ABŞ-dan dəstək gözləyirlər.Öz növbəsində Tramp Ukrayna ilə bağlı sülh təşəbbüslərinin effektli olmamasını Avropa İttifaqının siyasəti ilə izah edib.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər