Bütün xəbərlər
Tramp bildirib ki, ABŞ Rusiya və Hindistanı itirib
Tarix: 05-09-2025 14:51 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Rusiya və Hindistanı itirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
Amerika lideri qeyd edib ki, Rusiya və Hindistan Çinə gedib. Tramp sözlərini təsdiqləmək üçün sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin əks olunduğu foto paylaşıb.
"Onların birlikdə uzun və firavan gələcəkləri olsun!" ABŞ prezidenti yazıb.
Bundan əvvəl “Axios” nəşri ABŞ-ın Rusiya, Hindistan və Çini bir-birindən bölmək və uzaqlaşdırmaq cəhdlərinin uğursuz olduğunu yazıb.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər