Bütün xəbərlər
Futbol üzrə Almaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Slovakiyaya uduzub
Tarix: 05-09-2025 12:43 | Bölmə: Dünya

Futbol üzrə Almaniya millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ilk turunda Slovakiyaya uduzub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bratislavadakı “Milli” stadionunda keçirilən qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
42-ci dəqiqədə David Hantzko hesabı açıb, fasilədən sonra 55-ci dəqiqədə David Strelets slovakların üstünlüyünü artırıb.
Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann komandasını tənqid edib: "Artıq "keyfiyyət" sözünü eşitmək istəmirəm. Söhbət emosiyalardan gedir. Biz Almaniyada ən yaxşı futbolçuları çağırdıq, amma ola bilsin ki, növbəti dəfə daha keyfiyyətsiz, amma meydanda hər şeyini ortaya qoyacaq oyunçuları çağırmalı olaq".
O, belə bir matça Çempionlar Liqasının yarımfinal mərhələsi kimi yanaşmaq lazım olduğunu qeyd edib.
Bundan əvvəl Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda dubl edib. Argentinalı idmançılar evdə oynayıb və rəqiblərinə 3:0 hesabı ilə qalib gəliblər. Forvard Cənubi Amerikada keçirilən dünya çempionatının seçmə mərhələsində keçirilən oyunların sayına görə də rekordu təkrarlayıb - onun hesabında 72 oyun var.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər