Bütün xəbərlər
Baş redaktoru işdən çıxaracağını vəd edib
Tarix: 06-09-2025 16:26 | Bölmə: Karusel

"Orda.kz" saytının həmtəsisçisi Maksat Qəniyev 70%-lə majoritar sahib kimi portalın baş redaktoru Gülnarə Bajkenovanın rəhbərlikdən uzaqlaşdırılması üçün tədbirlər görəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə KazTAG agentliyinə məlumat verib.
Sentyabrın 4-də Bajkenovanın koordinasiya etdiyi "Orda.kz" portalı Milli Təhlükəsizlik Komitəsinin (MTK) guya Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Qadji Hacıyevi saxladığı barədə məlumat yayıb.
Daha sonra Qazaxıstan Prezidenti yanında Mərkəzi Rabitə Xidmətinin (MKX) Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Nurtleu və Hacıyevin saxlanması ilə bağlı məlumatı rəsmən təkzib edib. Məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Komitəsinin özü də rəsmən təkzib edib.
Qəniyev qeyd edib ki, Bajkenova bütün "Orda.kz" redaksiyasını və bu işdə bilavasitə əli olan şəxsləri pis gündəmə gətirir.
“Mən 70%-lik səhm sahibi kimi onun (Gülnarə Bajkenova. - Red.) portalın rəhbərliyindən uzaqlaşdırılması üçün tədbirlər görəcəyəm, lakin hər şey qanuni çərçivədə olacaq”, - Qəniyev vurğulayıb.
O əlavə edib ki, Bajkenovanın əməllərinə obyektiv və hərtərəfli qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına da sorğu göndərəcək.
Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi Astanada Harvest Group şirkətinin direktoru Almaz Alsenov ilə görüşən ölkənin xarici işlər naziri Murat Nurtleunun fotolarını dərc edib. Belə ki, idarə nazirin saxlanılması ilə bağlı məlumatı təkzib edib və siyasətçilərin görüşünün planlaşdırıldığı kimi baş tutduğunu təsdiqləyib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər