Bütün xəbərlər
Ofisiantlar qaynayan yağı söndürmək istəyərkən kafeni yandırıblar
Tarix: 06-09-2025 16:22 | Bölmə: Digər

Leninqrad vilayətində yol kənarındakı kafe işçilərin səhvi ucbatından yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ofisiant-zoomerlər tavada alovlanan yağın üzərinə su tökməyə çalışaraq böyük yanğına səbəb olublar.
Hadisə sentyabrın 4-də baş verib. Yanğın tez bir zamanda bütün binaya yayılıb və nəticədə o, yanıb.
Qızlar özləri alovlanan binadan qaça biliblər.
Bundan əvvəl ofisiantlardan biri sobada baş verənləri telefon kamerasına çəkə bilib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər