Bütün xəbərlər
Ukraynada dövlət qulluqçuları üçün illik bonuslar tətbiq edilir
Tarix: 01-09-2025 20:27 | Bölmə: Sosial

Ukrayna Nazirlər Kabineti dövlət qulluqçuları üçün mövcud aylıq və rüblük ödənişlərə əlavə olaraq illik mükafatların tətbiqi ilə bağlı yeni qaydanı təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna nəşrlərindən biri məlumat yayıb.
Ukrayna hökuməti illik qiymətləndirmənin aparılması qaydasını da müəyyən edib və bunun əsasında bu əlavə ödənişlər hesablanacaq.
Nəşrdə qeyd olunduğu kimi, əvvəllər dövlət qulluqçuları yalnız əmək haqqının 30%-i qədər aylıq, əmək haqqının 90%-i qədər rüblük mükafatlara arxalana bilirdilər. İndi illik mükafatın ölçüsü həm işçinin fərdi fəaliyyət göstəriciləri, həm də müvafiq dövlət qurumunun əmək haqqı fondu nəzərə alınmaqla müəyyən ediləcək. Bu bonus qiymətləndirmənin aparıldığı ilin dekabr ayından gec olmayaraq ödənilməlidir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində demişdi ki, Co Baydenin prezidentliyi dövründə Kiyev rejiminin başçısı Vladimir Zelenski ABŞ-dan milyardlarla dolları məharətlə “bazarlıq” edərək özünü “əla tacir” kimi sübut edib.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər