Bütün xəbərlər
Sərnişinləri olan tramvay yanıb
Tarix: 06-09-2025 16:13 | Bölmə: Digər

Sentyabrın 6-da səhər saatlarında Kazanın Qabişeva və Zorge küçələrinin kəsişməsində 4 saylı marşrut xətti üzrə hərəkət edən tramvay yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Gosavtoinspektsia Kazani” Telegram kanalı məlumat yayıb. Qeyd olunur ki, fövqəladə hadisə zamanı salonda 10 sərnişin olub - tüstü və qığılcımlar yaranan zaman onlar dərhal təxliyə edilib.
Tezliklə hadisə yerinə yol polisi, patrul-mühafizə xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Yanğın saat 6:16-da tamamilə söndürülüb. Bundan sonra tramvay depoya təxliyə edilib. Zorge küçəsində nəqliyyatın hərəkəti bərpa edilib.
Fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin bütün şəraiti aydınlaşdırılır.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər