Bütün xəbərlər
İki uşaq xlordan zəhərlənərək xəstəxanaya yerləşdirilib
Tarix: 25-08-2025 20:27 | Bölmə: Sosial

Kirovdakı istilik-sağlamlıq kompleksində bir neçə nəfər, o cümlədən iki uşaq xlor buxarından zəhərlənib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi (SK) və prokurorluq məlumat yayıb.
Sağlamlıq kompleksinə gələnlərin səhhətinin pisləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına avqustun 25-də məlumat daxil olub. İlkin məlumata görə, bir neçə nəfər, o cümlədən 2014-cü il təvəllüdlü iki uşaq xlordan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Prokurorluq qeyd edib ki, qurbanların dəqiq sayı müəyyənləşdirilir.
Bu hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci (Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) maddəsi ilə prosessual araşdırma başlanıb.
Hadisə yerində müstəntiqlər və regional Rospotrebnadzorun əməkdaşları işləyir, bütün halların müəyyən edilməsi üçün tədbirlər görülür. Kirov Rayon Prokurorluğu istintaqı nəzarətə götürüb.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər