Bütün xəbərlər
Putin Moskvanı Zelenski ilə görüş üçün ən yaxşı yer adlandırıb
Tarix: 05-09-2025 12:41 | Bölmə: Manşet

Ukrayna tərəfi ilə görüş keçirmək üçün ən yaxşı yer Moskvadır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib. Veriliş “Rossiya 24” telekanalı tərəfindən nümayiş etdirilib.
O qeyd edib ki, Rusiya tərəfi yüksək səviyyəli görüşlərə hazırdır və təhlükəsizliyə zəmanət verir.
"Əgər bizə desələr ki, sizinlə görüşmək istəyirik, onda siz ora, bu görüşə gedin. Mənə elə gəlir ki, bunlar, sadəcə olaraq, bizə ünvanlanan hədsiz xahişlərdir. Növbəti dəfə, həqiqətən də, kimsə bizimlə görüşmək istəyirsə, biz hazırıq. Bunun üçün ən yaxşı yer Rusiya Federasiyasının paytaxtı, qəhrəman şəhər Moskvadır", - Putin bildirib.
Həmçinin çıxışı zamanı Rusiya lideri vurğulayıb ki, Ukraynada uzunmüddətli sülhə dair razılaşmalar əldə olunarsa, Rusiya onları yerinə yetirməyə zəmanət verir.
Sentyabrın 3-dən 6-dək Vladivostokda Şərq İqtisadi Forumu keçirilir.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər