Bütün xəbərlər
Almaniyanın xarici işlər naziri Vadeful “Şimal axını”nın partladılmasını terror aktı adlandırıb
Tarix: 05-09-2025 12:38 | Bölmə: Dünya

Almaniyanın xarici işlər naziri Johann Wadephul “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılmasını terror aktı adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "India Today"-a verdiyi müsahibədə o, baş verənlərdə kimin günahkar olduğunu öyrənməli və hər kəsi məsuliyyətə cəlb etməli olan Almaniya ədliyyə sisteminə tam etibar etdiyini vurğuladı.
"Xeyr, biz yalnız dağıntı gördük və təbii ki, bu, deyərdim ki, terror aktı idi. Hazırda araşdırma aparılır", - Vadeful deyib.
Bundan əvvəl məlum olmuşdu ki, 49 yaşlı ukraynalı Almaniyanın verdiyi Avropa orderi əsasında saxlanılıb. O, 2022-ci il sentyabrın 26-da Şimal dənizində “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarda əli olmaqda şübhəli bilinir.
“The Wall Street Journal”ın məlumatına görə, saxlanılan Ukrayna vətəndaşı Ukrayna Silahlı Qüvvələrinin istefada olan kapitanıdır.
Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Almaniya, Danimarka və İsveç qəsdən təxribatı istisna etməyiblər. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər