Bütün xəbərlər
Dünya çempionu Çetinbaqla birlikdə mütəşəkkil cinayətkar qrupun daha 4 üzvü həbs edilib
Tarix: 06-09-2025 20:37 | Bölmə: Karusel

Moskvada taekvondo üzrə dünya çempionu Emin Çətinbaq və keçmiş polislərin də olduğu cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müttəhimlər kriptovalyuta ilə məşğul olan şəxslərdən bir sıra pul oğurluqlarında iştirak edirlər.
Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, cinayətkar qrupun hər birinin rolundan asılı olaraq altı üzvü dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaqın məlumatına görə, Moskva vilayətində qrupun təşkilatçısı kriptovalyuta ilə məşğul olan və külli miqdarda pulu olan vətəndaşları tapıb. Daha sonra idman ustası Emin Çətinbağ zərərçəkənlərin etimadını qazanaraq onlarla görüşlər təşkil edib və onların yerləşdiyi yer barədə əlbirlərinə məlumat verib.
Bu zaman mütəşəkkil cinayətkar dəstənin digər üzvləri zərərçəkmişlərə özlərini polis işçisi kimi təqdim edərək xidməti vəsiqələrini göstəriblər. Daha sonra vətəndaşları qorxutmağa başlayıblar ki, onları terror fəaliyyətinə köməklik də daxil olmaqla, cinayət törətməkdə ittiham edərək saxlayacaqlar.
Daha sonra təzyiq altında cinayətkarlar zərərçəkmişlərdən pul qoparıb, telefonlarını müsadirə ediblər və azadlıq müqabilində rəqəmsal aktivlərin dərhal ötürülməsini tələb ediblər.
Beləliklə, moskvalılar dörd milyon rubldan çox itiriblər.
Altı iştirakçıdan beşi həbs edilib. Daha bir təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

 Faktla bağlı istintaq davam edir.



Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər