Bütün xəbərlər
Dağıstan Çindən gətirilən xəstə uşağa yardım göstərməyə hazırdır
Tarix: 05-09-2025 15:11 | Bölmə: Sosial

Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin təyyarəsi ilə Çindən Rusiyaya gətirilən xərçəng xəstəsi olan oğlan bu respublikadandır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, region rəhbəri özünün Teleqram kanalında operativ köməyə görə dövlət başçısına təşəkkür edib və Dağıstanın Səhiyyə Nazirliyinə uşağın ailəsinə dəstək göstərməyi tapşırıb.
Məlikov qeyd edib ki, bu hal prezidentin təkcə irimiqyaslı layihələrə deyil, konkret vətəndaşlara da diqqətini nümayiş etdirir.
Anası tərəfindən müalicə üçün Çinə gətirilən uşaq epileptik tutma şəklində fəsadlarla üzləşib və bu, onun Rusiyaya qayıtmasını çətinləşdirib.
Uşaq hazırda Moskvada Rusiya Səhiyyə Nazirliyinin Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzindədir və orada lazımi müayinədən keçir. Dağıstan hakimiyyəti bütün lazımi tibbi və təşkilati dəstəyi göstərməyə hazırdır.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər