Bütün xəbərlər
Putinin prezident təyyarəsi xərçəng xəstəsi olan uşağı Çindən Rusiyaya çatdıracaq
Tarix: 03-09-2025 16:28 | Bölmə: Sosial

Rusiya prezidenti Vladimir Putin xərçəng xəstəliyindən əziyyət çəkən və Rusiya vətəndaşlığı olan bir uşağın Çindən vətəninə çatdırılması üçün “Rossiya” uçuş eskadrilyasının təyyarəsinin verilməsinə göstəriş verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Rusiya nümayəndə heyətinə yerli səfirlikdən mürəkkəb xəstənin daşınması zərurəti barədə mesaj gəlib.
Peskov “Komsomolskaya Pravda”ya müsahibəsində belə izah edib: “Elə oldu ki, prezidentin səfərindən bir qədər əvvəl ana xərçəng xəstəsi olan kiçik oğlunu bura gətirdi.
Çindəki həkimlər müalicə tapa bilməyiblər və ailəyə Rusiyaya qayıtmağı məsləhət görüblər. Lakin uşağın vəziyyəti pisləşib, epilepsiya tutmaları başlayıb və belə xəstələrin daşınması üçün ixtisaslaşmış kadrlara və nəqliyyata ehtiyac var.
“Vladimir Putin əmri səhiyyə naziri Muraşkoya verib, o, tez iki həkimi bura çağırıb”, – Peskov əlavə edib.
Rusiyalı mütəxəssislər oğlanın vəziyyətini stabilləşdiriblər. O, anası ilə birlikdə Putinin Çinə rəsmi səfərini dəstəkləyən “Rossiya” aviasiya eskadrilyasının göyərtəsində Rusiyaya aparılacaq.
Rusiya prezidenti Çində rəsmi səfərdədir, o, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə keçirilən hərbi paradda iştirak edib. Çərşənbə günü Rusiya, Çin və KXDR liderləri Pekində keçirilən hərbi paradı birlikdə izləyiblər.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər