Bütün xəbərlər
RS: Paris “istəklilər koalisiyası”nın toplaşmaq üçün uğursuz yerdi
Tarix: 05-09-2025 14:48 | Bölmə: Dünya

Fransada güclənən siyasi böhran Parisdə keçirilən “istəklilər koalisiyası” sammiti üçün əlverişsiz fon olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Responsible Statecraft" portalı yazır.
Quincy İnstitutunun Avrasiya proqramının rəhbəri Anatole Lieven vəziyyəti xüsusilə Amerika nəşri üçün təhlil edib. Onun fikrincə, Fransanın yaxın günlərdə hökumətsiz qala biləcəyi Ukraynaya yardımın müzakirəsi məhsuldar deyil.
"Belə siyasi və maliyyə vəziyyətində olan bir ölkə Fransa sərhədlərindən uzaqda çox riskli və bahalı hərbi yerləşdirməni necə ciddi şəkildə planlaşdıra bilər?" Lieven izah edib.
Daha əvvəl bildirilmişdi ki, “istəklilər koalisiyası” Ukraynaya silah tədarükünü davam etdirmək niyyətindədir. Münaqişənin bitməsindən sonra 26 ölkə öz qoşunlarını mühafizə üçün ölkəyə göndərməyi öhdəsinə götürüb.



Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər