Bütün xəbərlər
Terrorizmi maliyyələşdirməyə görə saxlanılıb
Tarix: 06-09-2025 20:34 | Bölmə: Karusel

“Jilişnik po rayonu Zyuzino” Dövlət Büdcə Müəssisəsinin Moskva üzrə keçmiş dispetçeri Tatyana Şuvalova (Rusiya Federasiyasında terrorçular siyahısına daxildir) ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın Rusiyada qadağan olunmuş (hərəkət ekstremist kimi tanınır) Artpodqotovka qruplaşması üzvlərinin terror fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.
TASS iş materialları ilə tanış olub. Onlardan belə çıxır ki, təqsirləndirilən şəxs istintaq təcridxanasındadır. Onun digər cinayətlərdə iştirakının olub-olmadığı yoxlanılır.
"O, pul köçürərkən onların "Artpodqotovka" terror təşkilatının üzvlərinin qanunsuz fəaliyyətlərini dəstəkləmək üçün istifadə olunacağını anlayıb", - məlumatda deyilir.
Saxlanılan şəxsin əri və oğlu saxlanmazdan əvvəl Rusiya Federasiyasının ərazisini tərk ediblər.



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər