Tarix: 10-10-2024 01:11 | Bölmə: Sosial
Misirin paytaxtı Qahirə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) tərəfdaşlığı, Misirdəki Britaniya Universiteti, BMT-nin İnkişaf Proqramının (UNDP) Misirdəki nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə COP29 Simulyasiya Konfransının açılış mərasimi keçirilib.Misirdəki Britaniya Universitetində baş tutan və 40 ölkədən 130-dan çox nümayəndənin iştirak etdiyi konfransda gənclərdən ibarət nümayəndə heyəti ölkəmizi təmsil edir.
Bu barədə Sabaha-inamla.az-a Azərbaycanlı Tələbələr və Məzunlar Platformasından bildiriblər.
Konfransda açılış nitqi ilə çıxış edən Misirdəki Britaniya Universitetinin Strateji İnkişaf üzrədirektoru və Strateji İnkişaf Məqsədləri üzrəuniversitet məsləhətçisi Sara Əl-Kişin vəuniversitetin təlim və tədris üzrə prorektoru, professor Katerina Harper qonaqları salamlayıb və konfransın keçirilməsinin önəmindən danışıblar.
Daha sonra açılış mərasimində Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilovun çıxışı dinlənilib. O bildirib ki, ölkəmizdə hər zaman təbiət vəətraf mühitin qorunması diqqət mərkəzində olub. Q.Xəlilov qeyd edib ki,bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Vurğulanıb ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Ölkəmizin beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi olduğunu vurğulayanQ.Xəlilov,COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın göstəricisi olduğunu qeyd edib. Həmçinin Q.Xəlilov gənclərin COP29 Simulyasiya Konfransında fəal iştirakının önəmini vurğulayaraq qəbul olunacaq qərarların ətraf mühitin qorunmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Daha sonra UNDP-ninİnklüziv İnkişaf və İnnovasiya üzrəMisirdəkiRezident Nümayəndəsinin köməkçisi Aber Şakver və COP29 Simulyasiya proqramınınbölmə rəhbərlərinin çıxışları dinlənilib.
Çıxışlar zamanı iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, su böhranı vədigər aidiyyəti məsələlərin müzakirəsi aparılıb. Eyni zamanda, sözügedənmövzuların qlobal təsirləri barədə danışılıb.
Qeyd edək ki, 7-9 oktyabr tarixlərini əhatə edən konfrans panel müzakirələri formatında davam edəcək. Dünyanın müxtəlif ölkələrindən olan gənclərin iştirakı ilə baş tutan müzakirələrdə gələcəkdədayanıqlı inkişafın təmin edilməsinəyönələninnovativ həllərə dair araşdırmaların nəticələribarədə təqdimatlar ediləcəkdir.
Baxış sayı: 208
Bölməyə aid digər xəbərlər