Ultramarafonçu Elməddin Məmmədov TAN Series layihəsi çərçivəsində beş şəhərdə marafon məsafəsini uğurla tamamlayaraq Azərbaycan idmanını beynəlxalq arenada təmsil edib.
Sabaha-inamla.az Bugun.tv-yə istinadən xəbər verir ki, Azərbaycanlı ultramarafonçu Elməddin Məmmədov iradə, əzm və dözümlülük tələb edən növbəti idman sınağını uğurla başa vurub. O, TAN Series layihəsi çərçivəsində Bakı, Qazaxıstanın Almatı və Türkistan, Özbəkistanın Səmərqənd, eləcə də Qırğızıstanın Bişkek şəhərlərində ayrı-ayrılıqda 42 kilometrlik qaçış məsafəsini tamamlayıb.Beləliklə, beş şəhərin hər birində marafon məsafəsini qət edən idmançı ümumilikdə təxminən 210 kilometr qaçıb. Bu nəticə yalnız fiziki hazırlığın deyil, həm də güclü iradənin, nizam-intizamın və məqsədə bağlılığın göstəricisidir.

















