Bütün xəbərlər
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
Tarix: 19-11-2026 08:56 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir. Bunu ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində çıxış edərkən bildirib.
"Amerika Birləşmiş Ştatları əsrlər boyu Sakit Okean dövləti olub və bütün regionda iqtisadi artımı və sabitliyi, suverenliyi, rifahı və sülhü gücləndirmək üçün çalışmağa davam edir".
TRAMP BİLDİRİB.
Bir gün əvvəl Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin ilə eyni vaxtda görüşün ABŞ üçün faydalı olacağını bildirib, çünki Moskva və Pekin "birlikdə işləyirlər".
Bu arada, Çin lideri qeyd edib ki, Asiya-Sakit Okean regionu yalnız açıq əməkdaşlıq yolu ilə inkişaf edə bilər.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər