19:47 / 10-11-2026
10 noyabr bəyanatı regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açdı-Könül Nurullayeva
18:41 / 10-11-2026
Belarus xarici işlər naziri BMT-dəki müttəfiqlərinin mövqeyini tənqid etdi
18:37 / 10-11-2026
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
18:29 / 10-11-2026
Danimarka Ukraynaya 640 milyon avrodan çox hərbi yardım göstərəcək
18:24 / 10-11-2026
Qonaq evinin yaxınlığında turistin ölümündən sonra məhkəmə qarşısına çıxacaq
18:20 / 10-11-2026
Fon der Leyenin korteji yumurta ilə atəşə tutulub
18:11 / 10-11-2026
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
18:04 / 10-11-2026
Lavrov: "Moskva Kiyev üçün möhlət verməyə razı olmayacaq"
18:00 / 10-11-2026
Bədəninin 80 faizindən çoxu yanmış uşağı xilas etmək üçün ikinci gündür mübarizə aparırlar
17:55 / 10-11-2026
Yeddi yaşlı uşaq hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb
17:47 / 10-11-2026
Kanada Rusiya xokkeyçiləri üçün vizaları bloklamağa çalışır
17:43 / 10-11-2026
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
19:10 / 09-11-2026
Kassir 14 yaşlı yeniyetmənin ölümündə təqsirli bilinib
19:06 / 09-11-2026
Ayı vuruldu
19:01 / 09-11-2026
ABŞ həbsxanasında həbsdə olan Maduro dini mətnləri öyrənir
18:50 / 09-11-2026
Türkiyədə zavodda baş verən partlayış nəticəsində üç nəfər ölüb, 14 nəfər yaralanıb
18:46 / 09-11-2026
Qızlara hücum edən iki adam qaçıran şəxsə hökm oxunub
18:40 / 09-11-2026
Beşqat Olimpiya cüdo çempionu Teddi Riner Fransa prezidentliyinə namizədliyini irəli sürür
18:37 / 09-11-2026
Lavrov: "BƏƏ-də Rusiya və Ukraynanın təhlükəsizliyi gündəmdədir"
18:33 / 09-11-2026
Orbanın qardaşı Macarıstanda həbs edilib
18:25 / 09-11-2026
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
18:19 / 09-11-2026
Moskva Şəhər otelinə maşın sürərək ləzginka rəqsi edən kişi saxlanılıb
18:13 / 09-11-2026
Mütəşəkkil dəstə üzvləri beş qətl törədiblər
18:09 / 09-11-2026
İş adamının oğlunu 15 milyon rubla qaçırıb
18:02 / 09-11-2026
İsinbayeva Ukraynada Rusiya əleyhinə verilənlər bazasına daxil edilib
17:59 / 09-11-2026
Hücumdan əvvəl ailəsini və ev heyvanlarını öldürüb
17:54 / 09-11-2026
Dənizə yıxılan pianoçu Sakit Okeanda doqquz saat üzdükdən sonra xilas edilib
17:47 / 09-11-2026
Terror aktından sonra Polşada beş nəfər saxlanılıb
17:39 / 09-11-2026
Belarus Dövlət Rəqs Ansamblının keçmiş solisti Svetlana Vuyaçiç vəfat edib
17:33 / 09-11-2026
Çexiya Xarici İşlər Naziri rusiyalı qadın xokkeyçiləri təhqir etdi
17:25 / 09-11-2026
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
17:19 / 09-11-2026
Fotostudiya sahibi hərbi qulluqçuların şəkillərini satdığına görə məhkəmə qarşısına çıxacaq
13:45 / 09-11-2026
Bu gün Azərbaycan Bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır-Könül Nurullayeva
23:15 / 08-11-2026
Rumıniyanın keçmiş Baş naziri Dançilă Ukraynaya dəstəyi dayandırmağa çağırır
23:10 / 08-11-2026
Fransa prezident seçkilərində liderlər açıqlandı
23:06 / 08-11-2026
Gürcüstandan 250-dən çox rusiyalı qovulub
23:03 / 08-11-2026
NATO-nun Polşada təlimlər keçirməsinin səbəbini izah etdi
10 noyabr bəyanatı regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açdı-Könül Nurullayeva
Tarix: 10-11-2026 19:47 | Bölmə: Siyasət

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatdan altı il ötür. Bu sənəd Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm siyasi nəticələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasının əsas mərhələlərindən birinə çevrildi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini və xalqımızın milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistanın işğalçı siyasəti iflasa uğradı, uzun illər davam edən status-kvo köklü şəkildə dəyişdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyənləşdirən həlledici hadisə oldu.
Bəzi qəzərli çevrələrdə Azərbaycanın müharibəni dayandırmaqla kifayətlənməsi, Şuşanın azad edilməsindən sonra hərbi əməliyyatların davam etdirilməməsilə bağlı yersiz ittihamlar səslənirdi. Hətta bu qərarı qələbənin yarımçıq saxlanılması kimi təqdim etməyə çalışanlar da vardı. Bu qaragüruh çevrələr anlamaq istəmirdi ki, Azərbaycan müharibəni dayandırmaq qərarını güclü mövqedən qəbul etmişdi.
Hadisələrin gedişi də qəbul edilən qərarın hərbi, siyasi və humanitar əsaslarının olduğunu təsdiqlədi. Bu mənada 10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə təsdiqi idi.
Məhz yeni hərbi-siyasi reallıqlar fonunda noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Sənəd atəşin və bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana 1 güllə atmadan, şəhid vermədən qaytarılmasını, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tuturdu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.”
Bəyanatda eyni zamanda, Ermənistanın üzərinə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi ilə bağlı öhdəlik qoyulurdu.
Sənədin imzalanması Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bunun nəticəsi olaraq yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı üçün real imkan yarandı və regionda siyasi və hərbi mənzərə dəyişdi.
10 noyabr bəyanatının əhəmiyyəti həm də Azərbaycanın qarşısında postmünaqişə dövrünün yeni vəzifələrini müəyyənləşdirirdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanması, infrastrukturun yenidən qurulması, Böyük Qayıdış proqramının həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.
Bununla yanaşı, bəyanatın bəzi müddəalarının Ermənistan tərəfindən tam və ardıcıl icra edilməməsi regionda dayanıqlı sülhün əldə olunmasını çətinləşdirirdi. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialar, separatizmin saxlanılması cəhdləri postmünaqişə mərhələsində yeni çağırışlar yaradırdı.
Azərbaycan isə öz suverenliyinin və ərazi bütövlüyünün tam bərpası istiqamətində prinsipial siyasətini davam etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Beləliklə, 44 günlük Vətən müharibəsi ilə başlanan tarixi proses Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə yeni mərhələyə qədəm qoydu.
Bu gün 10 noyabr bəyanatından ötən altı ilə nəzər saldıqda aydın görünür ki, bu sənədin imzalanması regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açan tarixi hadisə idi. Azərbaycan müharibədən sonra da öz milli maraqlarını əsas götürərək regionda sülh və əməkdaşlıq gündəliyinin formalaşdırılması istiqamətində real addımlar atdı. Zəngəzur dəhlizi, regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın yaradılması bu gündəliyin mühüm istiqamətləridir. 2025-ci ilin avqustunda isə tərəflər Vaşinqtonda sülsh sazişinin mətnini parafladılar. Beləliklə, Azərbaycan müharibəni də, sülhü də qazanan tərəf kimi mövqeyini daha da möhkəmləndirib.
Baxış sayı: 53
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:47
10 noyabr bəyanatı regionun siyasi arxitekturasında ciddi dəyişikliklərə yol açdı-Könül Nurullayeva
Dünən, 13:45
Bu gün Azərbaycan Bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır-Könül Nurullayeva
8-11-2026, 21:36
Politoloq Trampın Milleri Ağ Evin Aparat rəhbəri təyin etməsinin səbəbini izah etdi
5-11-2026, 21:31
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva