20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi
Tarix: 13-10-2026 21:34 | Bölmə: Sosial


 Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi. O, söhbətləri, video zəngləri, kanalları və qısa videoları birləşdirir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, layihənin təqdimatı Moskvada baş tutub.
Platformanın yaradıcıları qeyd ediblər ki, "Molniya" artıq RuStore-da yükləmək üçün mövcuddur.Bu tətbiqin istifadəçiləri xidmətlər arasında keçid etmədən bir yerdə ünsiyyət qura, məzmun yarada və istifadə edə bilərlər.
"Platforma tərəfdaş inteqrasiyaları üçün açıq mühit kimi hazırlanır.
Bu, sadəcə bir messencer deyil, həm də Çinli tərtibatçılarla əməkdaşlıqda yaradılmış olduqca mürəkkəb bir həlldir. Əminəm ki, istifadəçilər platformanı qiymətləndirəcəklər".
RUSİYALI TƏSİSÇİ, RED SOFT-UN DIREKTORLAR ŞURASININ SƏDRİ VYAÇESLAV KOMLEV BİLDİRİB.
Qeyd edildiyi kimi, layihənin prinsiplərindən biri yazışmaların qorunmasıdır: şəxsi və qrup söhbətləri Signal protokoluna əsaslanan başdan-başa şifrələmədən istifadə edir.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər