Bütün xəbərlər
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
Tarix: 28-10-2026 16:41 | Bölmə: Sosial


 "Rusiya ilin əvvəlindən bəri Afrika ölkələrinə 13 milyon ton taxıl ixrac edib". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut "Vesti" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
O, müsahibəsini hazırda Moskvada keçirilən Rusiya-Afrika sammitinin kənarında verib.
"İlin əvvəlindən bəri Afrika ölkələrinə 13 milyon ton taxıl ixrac etmişik. Keçən il bu rəqəm 18,8 milyon ton olub".
Onun sözlərinə görə, taxıl ixracı plana uyğun olaraq davam edir.
"Hər şey müəyyən etdiyimiz ümumi plana uyğun gedir. Taxıl ixracında iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Azov-Qara dəniz limanlarının tamamilə bağlanmasını nəzərə alsaq, kifayət qədər yaxşı irəliləyiş əldə edirik. Buna görə də əminəm ki, ehtiyac duyduğumuz hər şeyi ixrac edəcəyik və daxili bazar sabit olacaq".
Kənd təsərrüfatı naziri həmçinin Rusiyanın üç kənd təsərrüfatı məhsulunu - qarğıdalı, sorghum və darını Afrika ölkələri üçün uyğunlaşdırmaq üzərində işləməyə hazır olduğunu açıqladı.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər