21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Estoniya Baş naziri Rusiya neft emalı zavodlarının dağıdılmasına çağırış edib
Tarix: 15-10-2026 19:30 | Bölmə: Sosial

 Estoniya Baş naziri Kristen Mixal Rusiya neft emalı zavodlarının dağıdılmasına çağırış edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözləri "İnterfaks-Ukrayna" tərəfindən bildirilir.
"Bütün Rusiya neft emalı zavodları nə qədər tez dağıdılsa, bir o qədər yaxşıdır".
MİXAL BƏYAN EDİB.
Estoniya hökumətinin başçısı Rusiyanın neft emalından əldə etdiyi mənfəətdən və sözdə kölgə donanmasının fəaliyyətindən narazılığını bildirib.
Bir müddət əvvəl Kiyev rejiminin lideri Vladimir Zelenski Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri bərpa etmək niyyətində olduğunu açıqlayıb.Onun sözlərinə görə, Kiyev bu obyektlərə hücumlarda üç günlük fasilə verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər Rusiyanın enerji obyektlərinə hücumlara faktiki olaraq moratorium qoyulmadığını bildirmişdi. O, əlavə etmişdi ki, Kiyev rejimi Rusiya enerji obyektlərinə zərbələr endirməyə davam edir və bununla da ABŞ-ın sülh səylərinə zidd gedir.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər