Bütün xəbərlər
Paşinyan vəzifəsindən getməyə hazır olduğunu açıqladı
Tarix: 18-11-2026 22:50 | Bölmə: Siyasət


 "Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra vəzifəsindən getməyə hazırdır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, , bunu parlamentdə hökumət saatında müxalifətə müraciət edərək bildirib.
"Məni vəzifədən uzaqlaşdırmaq istədiyinizi deyirsiniz. Çox yaxşı, referenduma (konstitusiyanın qəbulu ilə bağlı – red.) gedəcəyik.Hər iki halda da mən gedirəm.Əgər xalq konstitusiyaya səs verməsə, mən gedirəm. Xalq konstitusiyaya səs verəcək, mən sülh müqaviləsini imzalayacağam, onu ratifikasiya edəcəyik, sülh prosesinin gündəliyindəki bir sıra bəndləri həyata keçirəcəyik və sonra yenə də mən gedəcəm".
PAŞİNYAN DEYİB.
Sülh planının əsas məqamları arasında o, "Tramp marşrutu"nun işə salınmasını və çətin sərhəd ərazilərinin müəyyən edilməsini müəyyən edib. Eyni zamanda, siyasətçi xəbərdarlıq etmişdi ki, müxalifət konstitusiya layihəsini referenduma təqdim etməkdən imtina edərsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq və hazırkı parlament müxalifəti bu seçkilərdə iştirak edə bilməyəcək.
Bundan əvvəl Paşinyan 20 ildən sonra Ermənistanı harada görəcəyini açıqlamışdı.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər