Bütün xəbərlər
Dəvələrin tutulmasının görüntüləri yayılıb
Tarix: 03-11-2026 18:55 | Bölmə: Sosial


Həştərxanda küçələrdə gəzən və Volqa çayı üzərindəki körpüdə nəqliyyatın hərəkətini maneə törədən dəvələr tutulub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Vesti" xəbər xidmətinin məlumatına görə, onlar ferma heyvanları üçün xüsusi məntəqəyə aparılacaqlar.
Dəvələrdən biri Sovetski rayonundakı uşaq meydançasında tutulub. İplərdən istifadə edilib, sonra isə kran gətirilib.
Dəvələrin sahibi müəyyən edilib.Polis onun ifadəsini gözləyir.




Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər