Bütün xəbərlər
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
Tarix: 18-11-2026 15:51 | Bölmə: Manşet

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş Ukrayna ilə bağlı müzakirələrsiz keçməyəcək. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vesti Xəbər Agentliyinin müəllifi Yevgeni Popova bildirib.
O qeyd edib ki, bu görüş vacibdir və çoxları bundan nəticə gözləyir.
"Əlbəttə ki, bizim də gözləntilərimiz var.Onların nəhəng olub-olmadığını bilmirəm, amma təbii ki, bu, vacib görüşdür; bunu hamı başa düşür.Buna görə də, əlbəttə ki, çoxları yaxşı nəticələr gözləyir".
UŞAKOV DEYİB.
Prezidentin köməkçisi həmçinin Ukrayna məsələsinin liderlərin gündəliyində olub-olmayacağını da aydınlaşdırıb.
"Düşünürəm ki, liderlərin bu məsələ ilə bağlı müzakirələrdən yayınması ehtimalı azdır... Gündəlik hələ tam razılaşdırılmayıb. Liderlər istənilən məsələni qaldıra bilərlər".
UŞAKOV ƏLAVƏ EDİB.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi qeyd etmişdi ki, görüşün yeri və formatından asılı olmayaraq, Putin və Tramp arasında tam hüquqlu söhbət olacaq.



Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər