Bütün xəbərlər
15 milyon rubl ödəməyi əmr etdi
Tarix: 29-10-2026 20:21 | Bölmə: Sosial

Soçi məhkəməsi xaski sahibinə 2025-ci ildə itlər tərəfindən parçalanmış doqquz yaşlı uşağa mənəvi ziyana görə 15 milyon rubl kompensasiya ödəməyi əmr etdi. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Krasnodar Diyarı Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin Telegram kanalında məlumat verildi.
Faciə ötən ilin 26 fevralında baş verib.Cavabdehin sahib olduğu xaskilər doqquz yaşlı uşağa hücum edərək üzündə deformasiyaya səbəb olub. Nəticədə zərərçəkən uzun və bahalı reabilitasiyadan keçir.
İddialar tam şəkildə təmin edilib.Cavabdeh tərəfindən iddiaçının xeyrinə 15.000.000 rubl ödənilib.Qərar hələlik qanuni qüvvəyə minməyib.
Əvvəllər bildirilirdi ki, xəsarət alan uşaq növbəti 4-5 il ərzində rekonstruktiv plastik əməliyyat keçirəcək.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər