Bütün xəbərlər
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
Tarix: 18-11-2026 16:02 | Bölmə: Karusel


 Viza məhdudiyyətləri səbəbindən Finlandiyada keçiriləcək Beynəlxalq Qran Pridə yarışmayacaq rus fiqurlu konkisürənlərə Yaponiya yarışında əvəzedici idmançılar üçün üstünlük veriləcək. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytında məlumat verilib.
Finlandiyada keçiriləcək Qran Pridə yarışa bilməyən neytral idmançılar Yaponiya Qran Prisində iştirakdan imtina edən hər hansı bir idmançını əvəz etməkdə üstünlük qazanacaqlar.
TƏŞKİLATIN BƏYANATINDA DEYİLDİYİ KİMİ.
Bazar ertəsi günü Finlandiyada Rusiya vətəndaşları üçün iş vizalarına qoyulan yeni məhdudiyyətlər qüvvəyə mindi və bu, faktiki olaraq rus idmançılarının ölkəyə girişini qadağan etdi.
Çərşənbə axşamı Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) konkisürənlərin 20-21 noyabr tarixlərində Helsinkidə keçiriləcək yarışı buraxacağını təsdiqlədi. Seriyanın növbəti mərhələsi 27-29 noyabr tarixlərində Tokioda keçiriləcək.
Finlandiya mərhələsinin heyətinə tək konkisürənlər Yevgeni Semenenko və üç cütlük daxil idi: Anastasiya Mişina və Aleksandr Qalliamov, Aleksandra Boykova və Dmitri Kozlovski, eləcə də Yekaterina Çikmareva və Matvey Yançenkov.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiya tərəfinin hərəkətlərinin neonasizm təşkil etdiyini vurğulamışdı.



Baxış sayı: 16


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib